Ölmüş və itkin düşmüş hərbçilərin ailə üzvləri xüsusi təyinatlı yaşayış sahələrini xüsusi mülkiyyətə keçirə biləcəkbackend

Xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri özlərinin istifadəsində olan və qapalı hərbi şəhərciklərə aid olmayan ərazilərdə yerləşən xüsusi təyinatlı yaşayış sahələrini xüsusi mülkiyyətə keçirmək hüququna malik olacaq.

“Yeni Gündəm”-in məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.

Layihəyə əsasən, 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaxud hərbi xidmət vəzifələrini yerinə yetirilməsi zamanı yaralanma, kontuziya, travma nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi lə əlaqədar xəstəlik nəticəsində I və ya II dərəcə əlilliyi olan hərbi qulluqçular, habelə xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri özlərinin istifadəsində olan və qapalı hərbi şəhərciklərə aid olmayan ərazilərdə yerləşən xüsusi təyinatlı yaşayış sahələrini (müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı yaşayış sahələri istisna olmaqla) xüsusi mülkiyyətə keçirmək hüququna malik olacaqlar. Bu hüquqdan yalnız bir dəfə istifadə oluna biləcək.