Ombudsman Məhərrəm İbrahimovun və Sirac Abışovun ailələrini ziyarət etdibackend

Ombudsman Səbinə Əliyeva Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) əməkdaşı Məhərrəm İbrahimovun və Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışovun ailələrini ziyarət edib.

Bu barədə “Yeni Gündəm”-ə Ombudsman Aparatından bildirilib.

S.Əliyeva həlak olanların ailələrinə başsağlığı verib və səbir diləyib.