Ombudsman: “Pensiya yaşına müəyyən müddət qalanların ixtisarı qadağan olunmalıdır”backend

“Pensiya yaşına çatmağa az qalmış işçilərin ixtisar yolu ilə işdən azad edilməsi və ya onların işə qəbul edilməsindən imtina olunmasının qadağan edilməsi ilə bağlı xarici ölkələrin təcrübəsi əsas götürülməklə qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsini zəruri hesab edirəm”.

“Yeni Gündəm” xəbər verir ki, bunu ombudsman Səbinə Əliyeva “Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu” mövzusunda ictimai müzakirədə deyib.

Səbinə Əliyeva bildirib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna yoxlamaların aparılmasını istisna edən hallara ayrıca olaraq hüquq və azadlıqların pozulması halının da əlavə edilməsi aktualdır: “Bununla bağlı qanunvericiliyə müvafiq əlavə və dəyişikliklərin edilməsi zəruridir”.

Ombudsman qeyd edib ki, bu problemin həlli ilə bağlı pensiya yaşına müəyyən müddət qalan şəxsin əmək müqaviləsinin ləğv edilməsini qadağan edən müddəaların qanunvericilikdə tətbiq edilməsi, bundan başqa, Əmək Məcəlləsi və İnzibati Xətalar məcəlləsində müvafiq əlavə və dəyişikliklərin edilməsi məqsədə müvafiqdir.