Onkoloji xəstəliyi olanların nəzərinəbackend

“Onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta çərçivəsində həlli üçün iş gedir”.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

O bildirib ki, bu məsələni həll etmək üçün Milli Onkologiya Mərkəzi ilə birgə işçi qrupu yaradılıb:

“Bu xəstəliyin müalicəsi üçün dövlət proqramı mövcuddur. Hazırda orada hansı xidmətlərin hansı qiymətə aparılması analizini aparırlar. Bizə bu işin öhdəsindən gələ bilib-bilməyəcəyimizi təyin etmək üçün dəqiq hesablamalar lazımdır. Mən Əhliman müəllimlə də söhbətim zamanı dedim ki, ilkin olaraq ümumi hesablama ilə təxminən 200 milyon manat ətrafında rəqəmlər görünür. Amma bu rəqəmlər də hələ dəqiq deyil. Biz yalnız rəqəmlər dəqiqləşəndən sonra biləcəyik ki, həmin xəstəliyi xidmətlər zərfinə sala bilərik, ya yox. Autizm xəstələrinin diaqnostikası icbari tibbi sığorta çərçivəsində qismən həll olunur. Müalicəsi məsələsinə gəlincə, bu məsələni araşdırıb yazılı şəkildə geridönüş edərik”.

APA