Onlar bir araya gəlir – “Bu, Paşinyanın ağlına gəlməz…”backend

“Yaxın bir neçə gündə, bəlkə də bu gün Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanın görüşü olacaq”.

“Yeni Gundem” bildirir ki, bu barədə Hraparak saytı məlumat yayıb. Məlumatda qeyd olunur ki, görüşdə bütün ermənilərin katolikosu II Qaregin də iştirak edəcək.

“Mövzu məlumdur: Ermənistanın çətin vəziyyəti və bu vəziyyətdən çıxış yollarının axtarışı. Bu xəbər ümidsiz cəmiyyətdə müəyyən ümid oyadır, çünki bu ağır vəziyyətdən çıxış yolu tapmaq Paşinyan hakimiyyətinin ağlına gələn məsələ deyil, yəqin ki, onun belə böyük istəyi də yoxdur.

Bəli, ER-nin üç keçmiş prezidenti bir araya gəlib, bir-biri ilə danışıb vəziyyətdən çıxış yollarını tapmalıdır. Onlar çox sınaqlardan keçiblər, bir çox çıxılmaz vəziyyətlərin öhdəsindən gəliblər, onların təcrübəsi bu dəfə də bizə və ölkəmizə kömək edəcək“,- xəbərdə qeyd olunub.