“Onlar fərqlidir və xüsusi özəlliklərə sahibdirlər” – Aynur Musayevabackend

Onlar rqlidir xüsusi özəlliklərə sahibdirlər. Hər il dekabrın 3-də bütün dünyada Beynəlxalq Əlillər Günü qeyd olunur.Bununla bağlı 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub.Məqsəd geniş ictimaiyyətin diqqətini sağlamlıq imkanları məhdud olan insanların hüquqlarının qorunmasına onların problemlərinə yönəltməkdir.Statistika göstərir ki, dünya əhalisinin təxminən 1 milyardı, yəni 15 faizi əlilliyi olan insanlardır.Dünyada 100 milyondan çox əlil uşaq var.466 milyon eşitmə əngəli olan insanın 34 milyonu 15 yaşdan aşağı olan uşaqlardır.BMT əngəlli olan insanın tərifini belə verir: “Əlilliyi olan insan şəxsi ictimai həyatda öz işlərini fiziki ya ruhi cəhətdən, anadan gəlmə ya sonradan meydana gələn hər hansı xətadan qaynaqlanaraq görə bilməyən şəxsdir“. Təəssüf ki, dünyada sağlamlıq imkanları məhdud insanların sayı getdikcə artmaqdadır.

Bunu “Yeni Gundem”– ə açıqlamasında Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva deyib.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, diabet, ürək damar xəstəlikləri, xərçəng, əqli sağlamlığını itirmiş bəzi xroniki problemlərin qlobal miqyasda çoxalması əngəlli insanların sayını artırır.Hazırda dünyada əlilliyi olan insanlar cəmiyyətin bir çox sahələrinə daxil olmaq üçün bir çox maneələrlə üzləşirlər.Nəticə, xüsusi özəlliyə sahib olan bu insanlar başqaları ilə bərabər şəkildə cəmiyyətə çıxış imkanından istifadə edə bilmirlər ki, buraya nəqliyyat, məşğulluq, təhsil sahələri, eləcə ictimai iştirakçılıq daxildir.Bu gün əlillərin digər şəxslər kimi cəmiyyət tam hüquqlu üzv kimi yaşamaq sosial iştirakçılıq hüquqlarının təmin olunması qlobal problem olaraq qalmaqdadır.

Azərbaycanda əlilliyi olan şəxslərin sayı 600 mindən çoxdur. 2006-cı ildəƏlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə, avtomobillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya üçün addımlar atılır.Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlıqlarını qurban verən Qarabağ Qazilərinin sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqətdə saxlanılır.Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva sağlamlıq imkanları məhdud insanlara xüsisi qayğı göstərir.Ölkədə əlillərin bərpa mərkəzləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzləri tikilib istifadəyə verilib.Əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı mövcuddur.Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası sosial müdafiəsi haqqında qanunun müddəaları öz əksini tapıb.Heydər Əliyev Fondu tərəfindən əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara qayğının artırılmasına yönələn xeyirxah aksiyalara, həmin insanların yaradıcılıq qabiliyyətlərinin cəmiyyətə tanıdılmasına, onlarda özünə inam hissinin yüksəlməsinə xidmət edən layihələr keçirilir.Əlilliyi olan uşaqlar üçün inklüziv təhsil imkanları ildən-ilə genişlənməkdədir. Bütün bunlar göstərir ki, sağlamlıq imkanları məhdud uşaqların istedadının, potensialının üzə çıxması üçün ailələrlə yanaşı, dövlət dəstəyi olduqca vacibdir.Həmin uşaqlara dəstək göstərdikdə, şərait yaratdıqda, qayğısına qaldıqda onlar daha böyük nailiyyətlər əldə edə bilirlər.Eyni zamanda bu gün fiziki imkanları məhdud şəxlərin həm şəhərdə, həm ictimai nəqliyyat binalarda sərbəst hərəkətinin təmin olunması üçün şəraitin genişləndirilməsinə ehtiyac var. Şəhərdə yerüstü keçidlərdə, metroda, ictimai binalarda daha çox pandusların quraşdırılması vacibdir.Əlilliyi olan şəxslərin işlə təmin olunması, onlara peşə biliklərinin aşılanması üçün səylər gücləndirilməlidir.Sağlamlıq imkanları məhdud olan insanların məşğulluğuna sahibkarlığa çıxışına dəstək artırılmalı, onların kiçik biznes qurmaq üçün özünü məşğulluq proqramına cəlb olunması halları artırılmalıdır.Bir sözlə, əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası gücləndirilməli, bu istiqamətdə innovasiyaların tətbiqinə geniş yer verilməlidir.