Onlar İranı yenidən böyük etməlidir – Trampbackend

İran liderləri ölkəni dağıtmamalı, İranı yenidən böyük etməlidirlər.

“Yeni Gündem” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“İranın Amerikanı sevən nəcib insanları onların arzularını gerçəkləşdirməyə kömək edəcək hakimiyyətə layiqdirlər. İranı çöküşə aparmaq yerinə onun liderləri terrordan imtina edib, İranı yenidən böyük etməlidirlər”, – deyə o bildirib.