“Onların adına təsis edilmiş mükafata layiq görülmək bizim üçün bir şərəfdir”backend

İyunun 4-də Kəlbəcərdə Susuzluq kəndi ərazisində çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşməsi nəticəsində həmkarlarımız Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışovun şəhid olması hər birimizə təsirsiz ötüşmədi”

Bunu açıqlamasında Azərbaycan Dövlət Televiziyasının operatoru İlkin Mehtiyev deyib. İ.Mehtiyev Məhərrəm Abışov və Sirac Abışov adına təsis edilmiş mükafata layiq görüldüyü üçün təşkilatçılara təşəkkür edib:

“Çiyin- çiyinə çalışdığımız həmkarlarımızın ölümü hamımızı sarsıtdı. Bu, Ermənistanın mülki şəxslərə qarşı cinayətlərinin, insanlığa qənim kəsilmiş erməni terrorunun bir davamı idi. Amma sırf işğaldan azad olunmuş ərazilərdəki onların xidmətləri, çəkilişləri hər kəsə bəllidir. Bugün onların adına təsis edilmiş mükafata layiq görülmək bizim üçün bir şərəfdir. Beynəlxalq təşkilatların Azərbaycanda şəhid olan jurnalistlərin adına mükafat tərtib etmələri isə Qarabağda yaşanan vandalizmin bir daha dünyaya sübut edilməsi yolunda atılan ən böyük addımdır. Bizi bu mükafata layiq görən təşkilatçılara təşəkkürümüzü bildiririk. Bütün komandamız adından şəhidlərimizə Allahdan rəhmət, doğmalarına səbr diləyirik”.

 

Qeyd edək ki, Türkiyə Xəbər Operatorları Dərnəyinin 26 ildir ənənəvi olaraq təşkil etdiyi və televiziya jurnalistikasının oskarı kimi qəbul edilən “Beynəlxalq Zoom Xəbər Görüntüləri” müsabiqəsinin qalibləri elan edilib. Müsabiqənin xüsusi mükafatı Azərbaycana verilib.
Belə ki, bu dəfəki təqdimetmədə Kəlbəcərdə şəhid olan Azərbaycan Dövlət Xəbər Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışov adına xüsusi mükafat təsis edilib. Bu mükafatlar Azərbaycan Dövlət Televiziyasının əməkdaşı  Anar Şuşalıya, operator İlkin Mehtiyevə və  Daşqın Abdulayevə verilib.