“Onlarla tələbə mənə müraciət edir ki, nazirlik diplomlarımızı tanımır” – Ceyhun Məmmədovbackend

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin ictimai dinləməsi keçirilir.

“Yeni Gundem” xəbər verir ki, ictimai dinləmədə Milli Məclisin Elm və təhsil Komitəsinin üzvü, Millət vəkili Ceyhun Məmmədov çıxış edib.

Deputat Ceyhun Məmmədov çıxışı zamanı deyib:

“Ali təhsil haqqında” qanun layihəsində müddəalardan biri də xaricdə təhsil alan tələbələrin diplomlarının tanınması ilə bağlıdır.Çoxlu sayda tələbə diplomlarının tanınmamasından əziyyət çəkir.Onlarla tələbə mənə müraciət edir ki, nazirlik diplomlarımızı tanımır. Bununla bağlı qanunvericilik sahəsində işlər görülməlidir. Həll olunmadıqda isə vətəndaşı dövlətdən narazı salır. Bir şeyi də qeyd edim ki, biz bu qanunun qəbul olunması üçün biz azı 20 il gecikmişik. Təhsil sahəsində problemlər həll olunmadığına görə, bu gün hətta ölkədə elmə gəlmək istəyənlər də yoxdur”,- deyə o qeyd edib.

Fərahim Rəhimov