Onlayn sevgi dələduzluğuna görə 88 nəfər tutuldubackend

İndoneziya polisi 88 Çin vətəndaşını telefon və internet vasitəsilə transsərhəd “sevgi fırıldaqçılığı”na görə saxladıqlarını açıqlayıb.Səlahiyyətlilər, Çin Təhlükəsizlik Nazirliyinin xəbəri əsasında Batam adasında 5-i qadın olmaqla 88 şübhəlinin saxlanıldığını açıqlayıb.

“Yeni Gundem” xəbər verir ki, polis sözçüsü Zahwani Pandra Arsyad, şübhəlilərin telefon və onlayn sevgi dələduzluğu cəmiyyətinin üzvləri olduğunu söyləyib.

Arsyad, söz mövzusu insanların hədəflərinin çoxunun, “insani hisslərini” manipulyasiya etdikdən sonra pul köçürmək üçün aldadılan çinlilər olduğunu deyib.

Şübhəlilər yanvar ayından turist vizasından istifadə edərək 3 aydır Çindən İndoneziyaya gəlib.

Sözügedən şəxslər Çinin şəbəkələri çökməsindən sonra İndoneziyada cinayət törətdiyini bildirib.

İlkin araşdırmalar çərçivəsində cəmiyyətin ilin əvvəlindən fəaliyyət göstərdiyi və yüzlərlə qurbanı Çində tələyə saldığı üzə çıxsa da, onların nə qədər pul yığdıqları məlum deyil. İstintaqın davam etdiyi və məhbusların İndoneziyadan deportasiya edilməsinin planlaşdırıldığı bildirilib.

İndoneziya polisinin şübhəli şəxslərlə bağlı immiqrasiya orqanları və Çin İctimai Təhlükəsizlik Nazirliyi ilə sıx əməkdaşlıq etdiyi qeyd edilib.

Mənbə: TrtHaber

Aynur Camal