OPEK+ görüşünün tarixi açıqlandıbackend

OPEK+ nazirlərinin görüşü fevralın sonu – martın əvvəli keçirilə bilər. 

“Yeni Gündəm” “TASS”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika naziri Nurlan Noqayev bildirib.

“Ümumiyyətlə, keçən il nazirlər görüşünün mart ayının əvvəlində olacağı barədə razılıq verilib”, – deyə Noqayev vurğulayıb.

O, hazırda hər kəsin bu tarixlə razılaşdığını, lakin ehtiyac yaranarsa, iclasın fevral ayına keçirilə biləcəyini sözlərinə əlavə edib.

Nazir OPEK-in baş katibi Məhəmməd Barkindo ilə danışdığını da qeyd edib.