Opera tamaşası zamanı pilləkəndən yıxılan məşhur modelyer öldü – FOTObackend

Sidney şəhərində Opera tamaşası zamanı pilləkəndən yıxılan avstraliyalı modelyer və biznes-ledi Karla Mariya Zampatti ölüb.

Bu barədə “Reuters” ailəsinin açıqlamasına istinadən məlumat yayıb.

Bildirilir ki, 78 yaşlı qadın yıxıldıqdan dərhal sonra xəstəxanaya yerləşdirilib. Ancaq həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Zampattinin müştəriləri arasında Hollivud aktrisaları Nikol Kidman və Keyt Blanşet, həmçinin Avstraliyanın keçmiş Baş naziri Juliya Gillard olub.