Operativ Qərargah daha bir məlumat yaydıbackend

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 322 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 247, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 75 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2775641, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1811104, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 964537 təşkil edir.