Operativ Qərargah məlumat yaydıbackend

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 585 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 804 nəfər müalicə olunaraq sağalıb, 9709 nəfər vəfat edib, aktiv xəstə sayı 72 nəfərdir.

Ölkədə son sutka ərzində 1667, hazırkı dövrədək isə 6 820 672 test aparılıb.