Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏbackend

Azərbaycan Respublikasında 22 mart tarixində yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20 121 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 487 561 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Bildirilib ki, vaksinasiya respublikanın bütün rayonlarında uğurla davam etdirilir.