Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏbackend

23.03.2021-ci il tarixində Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 22,966 nəfər vaksinasiya olunub.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 494,403 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.