Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏbackend

30.03.2021-ci il tarixində Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 26,573 nəfər vaksinasiya olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 547 541 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.