Operativ Qərargah: Son sutkada 611 nəfər koronavirusdan vəfat edibbackend

Rusiyada son sutka ərzində daha 21 650 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Operativ Qərargahdan verilən məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 472 941 nəfərə çatıb.

Son sutka ərzində 611 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 133 893 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.