Operativ Qərargahın bu qadağası ləğv edilir: Sabahdan etibarənbackend

Azərbaycanda ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın müddəti sabah başa çatır.

“Yeni Gündəm” xəbər verir ki, sabah 06:00-dan etibarən ictimai nəqliyyat yenidən əvvəlki qaydada vətəndaşların xidmətində olacaq.

Qeyd edək ki, Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilmişdi. Nazirlər Kabinetinin çıxardığı qərarla 9-15 may tarixlərində ictimai nəqliyyatın fəaliyyəti dayandırılmışdı.