Operativ Qərərgah daha bir məlumat yaydıbackend

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 77 vaksin vurulub.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 23 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 11 066 951, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 140 918, ikinci mərhələ üzrə 4 641 918 nəfər təşkil edir.

Ümumilikdə isə 1 284 115 “buster” doza vurulub.