“Optimal Elektronika” yenidən cərimələndibackend

“Optimal Elektronika” MMC-yə cərimə protokolu yazılıb.

“Yeni Gündəm”-in məlumatına görə, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Elməddin Hüseynovun icraatına verilib.

Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Qeyd: “Optimal Elektronika” barəsində daha əvvəl də cərimə protokolu yazılmışdı.Pravda.az