“Optimal Elektroniks” 608 dollar cərimələnibbackend

Yasamal Rayon Məhkəməsi “Optimal Elektroniks” MMC-nin 608 ABŞ dolları məbləğində cərimələnməsi barədə qərar çıxarıb.

“Yeni Gundem” “Report”a istinadən verdiyi xəbərə görə, şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən yazdığı protokola əsasən cərimələlənib.

Qeyd edək ki, İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərə tutur.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Məhkəmənin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Xatırladaq ki, “Optimal Elektroniks” MMC elektrik malları və məişət əşyalarının satışını həyata keçirir.

YeniGundem.Az