Oqtay Əsədovun daha bir villası üzə çıxdı – hovuz, sauna, futbol meydançası… – FOTObackend

“Milli Məclisin keçmiş sədri, deputat Oqtay Əsədovun daha bir villası Novxanıda, Məhəmməd Əsədov küçəsində yerləşir”.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

C.Həsənli bildirib ki, villanın sahəsi 3 hektara yaxındır: “Sabiq spikerin Şüvəlan və Sulutəpədəki villalarında olduğu kimi burda da iri tennis kortu var. Həm də üstü bağlı. Əlavə olaraq üstüaçıq və bağlı daha iki hovuz, sauna, açıq mini futbol meydançası var. Deyərsiniz, Oqtay Əsədov bu villaların hansında qalır. Əsasən Şüvəlanı xoşlayır, qışda Sulutəpədə qalır, hərdən Novxanıya üz tutur”.

 29 Yanvar 2021 09:51 / Cəmiyyət
 Fotoları təqdim edirik