Orban Ukraynanın ABŞ-dan asılılğından danışıbbackend

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukraynada sülh birbaşa məhz ABŞ-dan asılıdır.

“Yeni Gundem”  
bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Orban qeyd edib ki, ABŞ onlara hərbi və maliyyə yardımı göstərdiyi müddətcə ukraynalı əsgərlər döyüşə biləcək. “Ukrayna ancaq ABŞ onu pul və silahla dəstəklədiyi müddətcə döyüşə bilər. Əgər amerikalılar sülh istəyirlərsə, sülh olacaq”, – baş nazir bildirib.
Macarıstan hökumətinin başçısı da Ukraynadakı münaqişənin illər boyu uzana biləcəyi ilə razılaşıb. “Belə bir təhlükə də mövcuddur” ,-deyib.

Ayşən