Ordubadda metal boruları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıbbackend
Ordubadda metal boruları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Ordubad Rayon Polis Şöbəsinə şəhərin Şəhriyar qəsəbəsində metal boruların oğurlanması faktı ilə bağlı məlumat daxil olub.
Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hadisədə şüphəli bilinən Ordubad rayon sakinləri – Abbasov Ramin Kamil oğlu və Hüseyinli Rəhim Cəlal oğlu müəyyənləşdirilərək saxlanılıb.
Ordubad Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı istintaq davam etdirilir.