“Ortada sülhün ilkin variantı var”-Elman Nəsirovbackend

Yaxın vaxtlarda Brüssel formatı çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçiriləcəyi ilə bağlı mediada informasiyalar yayılıb.Məlumatlar təsdiqini tapmayıb.İnam var ki,istənilən halda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması sürətlənsin.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Azərbaycan parlamentinin üzvü Elman Nəsirov deyib.

O açıqladı ki, Azərbaycaan lideri İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında öz mövqeyini bildirib.

“Cənab Prezident sülh müqaviləsinin imzalanma zəruriliyini qeyd edib.Ermənistan tərəfi Bakının təqdim etdiyi beş baza prinspini prinsp etibarı ilə qəbul etdiyini açıqlayıb.Hətta əlavələr etməklə Azərbaycana təqdim edib.Ortada sülhün ilkin variantı var.Ermənistanın təklifləri ilk növbədə Qarabağda yaşayan ermənilərin siyasi hüquqları və təhlükəsizliyi ilə bağlıdır.Azərbaycan bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoyub”-deyə o vurğuladı.

Millət vəkilinin fikrincə,Prezidentin səsləndirdiyi ifadələrə Qarabağda ,Ermənistandada çox diqqətlə yanaşırlar.

“Onlar bilirlər ki,Cənab Prezidentin əməli ilə sözü üst-üstə düşür.Vardanyan qondarma vəzifəsindən gedib.Buna səbəb isə Azərbaycan Prezidentinin prispial mövqeyidir.Yaxın zamanlarda sülh müqaviləsi ilə bağlı addımlar atılacaq.Çünkü bu labüddür.Bunun əksi qarşıdurma,müharibədir.Ermənistan tərəfi əks addım atsa,onun sonun başlanğıcı olacaq”-deyə o qeyd etdi.

Fərahim Rəhimov