Azərbaycan Tibb Universitetinin Elmi Tədqiqat Mərkəzinə yeni direktor təyinatı olub.
Universitetdən verilən məlumata görə, bu barədə ATU-nun rektoru, professor Gəray Gəraybəyli məlumat verib. O bildirib ki, bu gündən Elmi Tədqiqat Mərkəzinə rəhbərliyi ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Histologiya, sitologiya və embriologiya kafedrasının dosenti Orxan İsayev həyata keçirəcək.