“Oskar”ın qalibləri müəyyənləşdi – Fotolar + Yenilənibbackend

Los-Ancelesin “Dolbi” teatrında Amerika Kino Sənəti Akademiyasının “Oskar” mükafatının 92-ci təqdimetmə mərasimi keçirilib.

“Yeni Gündəm”in məlumatına görə, tədbir nüfuzlu mükafata namizədlərin, eləcə də qonaqların qırmızı xalı gedişindən başlayıb.

Daha sonra qaliblər müəyyənləşib:

Ən yaxşı ikinci plan aktyoru – Bred Pitt (“Bir dəfə… Hollivudda”)

Ən yaxşı cizgi filmi – “Oyuncaqların hekayəsi 4”

Ən yaxşı orijinal ssenari – “Parazitlər” filmi, Bon Cun-xo

Ən yaxşı qısametrajlı animasiya filmi – “Saça olan sevgi”

Ən yaxşı uyğunlaşdırılmış ssenari  “Dovşan Coco”, Tayka Vaytiti

Ən yaxşı rejissor – Bon Cun Xo (“Parazitlər”)

Ən yaxşı kostyum dizaynı – “Kiçik qadınlar”, Jaklin Durran

Ən yaxşı sənədli film – “American Factory”

Ən yaxşı qısametrajlı sənədli film – “Learning to Skateboard in a Warzone”

Ən yaxşı ikinci plan aktrisası – Lora Dern (“Evlilik hekayəsi”)

Ən yaxşı səs montajı – “Ford Ferrariyə qarşı”, Donald Silvestr

Ən yaxşı səs kombinasiyası – “1917”, Mark Teylor və Stüart Uilson

Ən yaxşı film – “Parazitlər”, rejissor Bon Cun Xo

Ən yaxşı film montajı – “Ford Ferrariyə qarşı”, Maykl MakKuser, Endrü Baklend

Ən yaxşı operator işi – “1917”, Rodcer Dikins

Ən yaxşı quruluşçu rəssam işi – “Bir dəfə… Hollivudda”, Barbara Linq, Nensi Hey

Ən yaxşı vizual effektlər – “1917”, Qiyom Roşrom, Qreq Batler və Dominik Tui

Ən yaxşı qrim və saç düzümü – “Qalmaqal”, Kadzu Hiro, Enn Morqan və Vivian Beyker

Ən yaxşı xarici film nominasiyası – “Parazitlər”, rejissor Bon Cun Xo

Ən yaxşı qısametrajlı film – “The Neighbors’ Window”, Marşall Karri

Ən yaxşı orijinal mahnı – “I’m Gonna Love Me Again” (mus: Elton Con, söz: Berni Topin), “Roketmen” filmi üçün

Ən yaxşı kişi aktyoru – Hoakin Feniks (“Coker” filmi)

Ən yaxşı film musiqisi – “Coker”, Hildur Qudnadouttir

Ən yaxşı aktrisa – Rene Zellveqer, “Cudi” filmi