Ötən ay Azərbaycanda 9 nəfər minaya düşüb, 4 nəfər ölübbackend

2021-ci ilin iyun ayında Azərbaycanda 3 mina partlayışı zamanı 8 mülki şəxsin və 1 hərbçinin mina qurbanı olduğunu qeydə alınıb.

Bu barədə “Yeni Gündəm”-ə Minalar Əleyhinə Azərbaycan Kampaniyasından məlumat verilib.

Bildirilib ki, bu hadisələr nəticədə 4 mülki şəxs həlak olub, 5 nəfər yaralanıb.

 

İyun ayında minalarla bağlı hadisələr Tovuz, Kəlbəcər və Ağdam rayonlarının ərazisində baş verib.