Ötən il Azərbaycanın hüquq-mühafizə orqanlarında açılan cinayət işlərinin sayı açıqlanıbbackend
Ötən il Azərbaycanın hüquq-mühafizə orqanlarında açılan cinayət işlərinin sayı açıqlanıb.
Bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib.
O deyib ki, Daxili İşlər Nazirliyi (DİN) 18 072, Ədliyyə Nazirliyi (ƏN) 619, Dövlət Gömrük Komitəsi (DGK) 159, Dövlət Vergi Xidməti (DVX) 624, Dövlət Təhlükəsizlik Xidməti (DTX) 99, Dövlət Sərhəd Xidməti (DSX) 184 və Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən 54 cinayət işi başlanılıb.
Onun sözlərinə görə, DİN-də 12 305, ƏN-də 408, DGK-də 93, DVX-dən 103, DTX-də 40, DSX-də 69 və FHN-də 2 cinayət işi yekunlaşdırılaraq məhkəmələrə göndərilib.
K.Əliyev diqqətə çatdırıb ki, DİN-də 4 542, ƏN-də 129, DGK-də 8, DVX-də 184, DTX-də 2, DSX-də 1 və FHN-də 39 cinayət işinə xitam verilib.
“Daxili İşlər Nazirliyində 5 394, Ədliyyə Nazirliyində 330, Dövlət Gömrük Komitəsində 64, Dövlət Vergi Xidmətində 704, Dövlət Təhlükəsizlik Xidmətində 55, Dövlət Sərhəd Xidmətində 85 və Fövqəladə Hallar Nazirliyində isə 3 cinayət işi istintaqı dayandırılıb”, – Baş prokuror vurğulayıb.