Ötən il Bakıda yol qəzalarında 197 nəfər həlak olubbackend

Ötən il ərzində 37 hadisə artaraq 197 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Yeni Gündəm”-in məlumatına görə, bu barədə Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2021-ci il ərzində vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsində deyilib.

Qeyd olunub ki, bu qəbildən olan cinayət işlərindən 100-ü məhkəməyə göndərilmiş, hadisəni törədən şəxsin ölməsi səbəbindən 50 iş üzrə icraata xitam verilib.

Şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluq orqanlarının icraatında olan 770 işdən 368-i, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 13401 cinayət işindən 6072-nin istintaqı tamamlanıb: “Onlardan polis orqanları tərəfindən 4632, prokurorluq orqanları tərəfindən 188 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib, bu da həm miqdar olaraq, həm də faiz nisbətində 2020-ci ilə nisbətən müsbət göstəricilərdir. Həmçinin, şəhərin prokurorluq orqanlarında 180 cinayət işinin icraatına xitam verilib, 202 işin icraatı dayandırılmışdır. Daxili işlər orqanlarında isə 1440 işin icraatına xitam verilmiş, 2977 işin icraatı isə dayandırılıb”.