Ötən ilin 11 ayında nikah sayı artıb, boşanmalar azalıbbackend

Ötən ilin yanvar-noyabr aylarında qeydiyyat şöbələri tərəfindən 57033 nikaha daxilolma və 14525 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən “Yeni Gundem”-ə verilən xəbərə görə, əhalinin hər 1000 nəfərinə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,5-dən 6,2-yə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşüb.