backend

Müğənni Nadir Qafarzadə mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşına müraciət edib.

“Bizimləsən” proqramında qonaq olan ifaçı bu barədə danışıb: “Qızı Zəhranın tək qalması mənə çox pis təsir edir. 52 yaşım var, hələ də ana qucağına ehtiyacım var. Düzdür, o uşağın atası var. Uşaq anadan bütöv yetim qalır. Üzümü həyat yoldaşına tuturam: “Cavansan. Ola bilsin ki, gələcəkdə ailə quracaqsan. Qınamarıq, öz qərarındır. Amma Tünzaləni unutma”.

Bundan əlavə, Qafarzadə Əməkdar artistin ölüm xəbərini eşidən zaman yaşadığı hisslərdən danışıb: “Acizəm, dünən xəbəri eşidəndən sonra hər kəsdən xahiş etdim ki, evdən gedin, tək qalmaq istəyirəm. Ağlamaq, özümlə danışmaq istədim. Onlara dedim ki, sizə söyüş söyə, təhqir edə bilərəm. İmkan verin, tək qalım”./Yenisabah.az