Özbəkistan təhsil heyəti 53 N li tam orta məktəbdə tədbirdə iştirak etdibackend

Dekabrın 9 da də ölkədə olan Özbəkistan Steam Departamentinin rəhbəri Yıldız Albina xanım, Özbəkistan Strateji İnkişaf İdarəsinin rəhbəri Şerzod Muhammedov, Daşkənd şəhər Əl – Biruni Beynəlxalq məktəbinin direktoru Həsən Həsənov, həmin məktəbin 3 valideyni və 9 nəfər şagirdi, Milli Olimpiya Komitəsinin əməkdaşı Ruslan Məmmədov,OCEP ekspert qrupunun üzvləri-Rahil Hüseynov və Sevda Quliyeva,BŞTİ nin İnkişaf Layihələri Sektorunun məsləhətçisi Xəyalə Rüstəmova OCEP layihəsi çərçivəsində 53 N – li tam orta məktəbdə iştirak etdilər.

Tədbir hər iki ölkənin dövlət himninin səslənməsi ilə başladı.
Qonaqları salamlayan məktəb direktoru Tünzalə Zeynalova Olimpiya Mərkəzi və Təhsil Proqramı çərşivəsində 53 N li tam orta məktəbin Özbəkistan Respublikasının mədəniyyəti, iqtisadiyyatı, tarixi və Azərbaycan Respublikası ilə bağlayan ortaq dəyərlərdən danışdı.
Sonra məktəbin tarix müəllimi Könül Səmədova və coğrafiya müəllimi Sevda Əliyeva qısa təqdimatla Özbəkistan -Azərbaycan dostluğundan, 08 Dekabrda Özbəkistan Konstitusiyasının qəbul olunmasından və ərazi bütövlüyümüzün tanınmasında göstərdikləri ədalətli mövqeyə görə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyayevə və özbək xalqına təşəkkür etdilər.Daha sonra şagirdlərimiz doğma Azərbaycanımıızın milli adət ənənələrini, dəyərlərini və bayramlarını nümayiş etdirərək məlumatlar verdilər.
Məktəbin şagirdləri tərəfindən hazırlanmış kiçik kompozisiya qonaqlara təqdim olundu. Musiqi müəllimi Kəmalə Qardaşovanın müşayəti ilə rus bölməsinin V sinif şagirdləri “Cənnətim Qarabağ” və özbək xalq mahnısı ” Vətənim mənim” mahnısını, XI sinif şagirdi Hüseyn Əliyev ” Qarabağ şikəstəsi”ni ifa etdilər.
Daha sonra qonaqlara məktəb tərəfindən simvolik olaraq hədiyyələr təqdim olundu.
Xoş və səmimi ortamda baş tutan görüşdə qonaqlar məktəbin STEAM kabineti ilə də tanış oldular. Görüş əsnasında məktəblər ərasında bağlanacaq olan memarandumun detalları da müzakirə olundu.
Sonda xatirə şəkli çəkildi.