Özbəkistana səfər edən azərbaycanlı turistlərin sayı açıqlanıbbackend
Bu ilin yanvar-iyul aylarında 5,1 min Azərbaycan vətəndaşı Özbəkistana turizm məqsədilə səfər edib. Bu baxımdan Azərbaycan 13-cü yeri tutur.
Bu barədə Özbəkistan mətbuatı bu ölkənin Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ümumilikdə, hesabat dövründə Özbəkistana 2 milyon 416,9 min xarici vətəndaş gəlib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 1 milyon 296,8 min nəfər və ya 2,2 dəfə çoxdur.
Özbəkistana səfər edən turist sayına görə ilk pillələri Qazaxıstan (716,7 min nəfər), Qırğız Respublikası (675,1 min nəfər), Tacikistan (637 min nəfər), Rusiya (247,2 min nəfər) və Türkiyə (38,6 min nəfər) tutur.