Özbəkistanda daha 42 nəfər koronavirusa yoluxdu – cəmi 3078 oldubackend

23 may səhər saat 10: 00-a qədər Özbəkistanda koronavirus infeksiyası hallarının sayı 3078 (+42) təşkil edib.

“Yeni Gündəm”  xəbər verir ki, təsdiqlənmiş bütün yeni hallar xaricdən gələn vətəndaşlar arasında müəyyən edilib.

Yoluxma çarter reysi ilə Sankt-Peterburqdan (38 nəfər) və Tacikistandan (2 nəfər) gələn və  karantin mərkəzinə yerləşdirilən vətəndaşlarda, həmçinin Qazaxıstan ərazisindən daxil olan beynəlxalq uzun məsafəli yük maşınlarının 2 sürücüsündə tapılıb.

Hazırda ölkədə 2492 nəfər koronavirus infeksiyasından tam sağalıb.

İndi Özbəkistanda 573 xəstə müalicə olunur. Onların arasında 4 nəfərin vəziyyəti ağırdır.