Özbəkistanda söz azadlığı üçün bütün lazımi şərtlər təmin edilibbackend

“Özbəkistanda söz azadlığı üçün bütün lazımi şərtlər təmin edilib”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev bildirib.

O deyib ki, Özbəkistanda söz azadlığının təmin olunması üçün 20-dən çox sənəd qəbul edilib: “Dövlət qurumlarının fəaliyyətinin qiymətləndirilməsində də medianın rolu gücləndirilib. Bu günə qədər Özbəkistanda azad söz və informasiya almaq hüququnun təmin edilməsi üçün geniş fəaliyyət həyata keçirilib. Jurnalistlərin professional fəaliyyətlərinin təmin edilməsi istiqamətində qanunvericiliyə müvafiq dəyişikliklər edilib. Feyk xəbərə qarşı mübarizədə biz Türkiyənin təcrübəsindən yararlanmaq istərdik. Özbəkistan tərəfi Türk Şurasına üzv olan ölkələrlə media sahəsində əməkdaşlığa maraqlıdır. Bunun üçün öz töhfələrimizi verməyə hazırıq. Dünən keçirilən iclasda bunun gerçəkləşdirilməsi üçün mövcud iradəni də gördük. Sənədlərin hazırlanması istiqamətində çox ciddi işlər gedir”.