Özlərini QHT rəhbəri kimi təqdim edərək orduya dəstək adı ilə pul yığan şəxslər tutuldubackend

Özlərini Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri kimi təqdim edərək Zəfər günündə orduya dəstək adıyla şirkətlərdən pul tələb edən şəxslər saxlanılıb.

Bu barədə “Yeni Gündəm”-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib.

DİN rəsmisi bildirib ki, həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq polis idarəsinə gətiriliblər. Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcək.