Özünəməxsus geyim tərzi ilə diqqətləri özünə cəlb edən 19 yaşlı Melisa -FOTObackend

Sosial şəbəkələrdə paylaşımları ilə diqqət çəkən gənc model Melisa Əliaslanlı seçdiyi özünəməxsus geyim tərzi ilə diqqətimizdən yayınmadı.

Melisa modelliklə yaxından maraqlandığını və modelliyi kariera kimi davam etdirmək fikrində olduğunu vurğuladı. Hazırda Azərbaycanda model kimi fəaliyyət göstərən xanımlar yetəri qədər çox olsada,Melisa modelliyin onda daha çox uğur qazanacağına inanır.

Melisanın müsahibəsini sizə təqdim edirik:

Mən Melisa Əliaslanlı.19 yaşım var.Modellik mənim çoxdanki arzumdur və icra etmək üçün uzun zamandır gözləyirəm.İlkin bu haqda düşündüyüm zaman ,əllbət ki,alınmayacağı haqqında da düşündüyüm vaxtlar oldu.Lakin,həm yaşıdlarım ,həm də çox insan uğur qazana biləcəyimi dedilər.

Onsuz da,deməsələr də,bu məni hədəflərimdən yayındırmayacaqdı.Modelliyə uyğun namizəd olduğuma əminəm və çox namizəddən üstün olduğumu düşünürəm.Səhv anlamayın,geyim zövqümün və görünüşümün buna uyğun olduğunu düşünürəm. Melisanın çox maraqlı hədəfləridə var. Melisa Əliaslanlı:Hədəfim Azərbaycanda modellik fəaliyyətinin hansı böyük nəticələr əldə etdirdiyini insanlara göstərməkdir.Bu sahəni özüm də böyük biznes kimi görürəm.

Sizə bu hədəfli yolda uğurlar arzu edirik.!