“Özünü dağın başına qoymasın…” – İlqar Məmmədovdan Zelenskiyə sərt cavabbackend

“Dövlət Baxçalı Zelenskinin cavabını lazımınca verdi. Dünyada nə qədər desən, işğal və digər qanunsuzluqlar var. Belə çətin durumlarda olan ölkələrin heç biri özünü dünyanın mənəviyyat mərkəzi elan etmir və kiməsə mənəviyyat dərsi oxumur. Zelenski prezident olmadan əvvəl bir az siyasi səriştə toplasaydı, Rusiya işğalı ən azından ertələnərdi, sonrasını isə bilmək olmaz”.

“Yeni Gündəm” xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov bildirib.

“Biz bundan sonra da Ukrayna xalqına və dövlətinə mümkün dəstəyimizi əsirgəməməliyik, amma kimsə özünü dağın başına qoymasın. 30 il torpağımız işğal altında idi, burdan özümüzü müqəddəs hesab edib Kiyevə mənəvi ardıcıllıq dərsi keçmirdik” – İ.Məmmədov qeyd edib.Pravda.az