Özünü qəbiristanlığın yaxınlığında asdıbackend

Tovuz rayonunda intihar hadisəsi baş verib.

“Yeni Gündəm”in verdiyi xəbərə görə, rayonun Əlimərdanlı kənd sakini, 2000-ci il təvəllüdlü Ələsgərli Orxan Firdovsi oğlu Xatın kəndinin qəbiristanlığından 200 metr aralıda, çöllük ərazidə ağacdan özünü asıb.

Onun asılmış meyiti bu gün səhər saat 06 radələrində aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.