PA-dakı vəzifəsini itirən Fatma Abdullazadə yeni işindən danışdıbackend
“Şükürlər olsun ki yaxşıyam. Evdəyəm. Ən əsası darıxmıram”.
Bu fikirləri Modern.az-a Prezident Administrasiyasının humanitar siyasət şöbəsinin sabiq müdiri Fatma Abdullazadə deyib.
Fatma Abdullazadə hazırki işindən də söz açıb:
“Nə qədər dövlət işində çalışmışamsa, bir o qədər də elmlə məşğul olmuşam. Yenidən elmə qayıtmışam. Riyaziyyatla məşğul oluram. Uşaqlıqdan riyaziyyatı çox sevmişəm. Elə o sahə üzrə də təhsil aldım. Sonra ölkəmizin ən çətin günlərində dahi Heydər Əliyev xalqı bəladan xilas etdi. O zamanlar işə yeni başlayanda fikirləşirdim ki, bir-iki ay çalışıb riyaziyyat sahəsinə qayıdaram. Ancaq tale elə gətirdi ki, Prezident Administrasiyasında qalıb işləməli oldum”.
Xatırladaq ki, 72 yaşlı Fatma Abdullazadə  1993-dən 2005-ci ilədək Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsini tutub.
Fizika-riyaziyyat elmləri doktoru olan Fatma Abdullazadə Azərbaycan Prezidentinin 2017-ci ilin iyununda imzaladığı sərəncamla Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsindən azad edilib.