PA-nın rəhbər şəxsləri Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüblərbackend

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Administrasiyanın, İşlər İdarəsinin və Birinci vitse-prezidentin katibliyinin rəhbər şəxsləri bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüblər.

“Yeni Gündəm”-in məlumatına görə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu 2002-ci ildən yaradılıb.

Fonda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilər.