Pakistan prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edibbackend

Pakistan Prezidenti Arif Alvi Novruz bayramı münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

“Yeni Gundem” xəbər verir ki, bununla bağlı Pakistan Prezidentinin rəsmi tviter hesabında paylaşım edilib.

“Pakistan xalqı adından və şəxsən öz adımdan qardaş İlham Əliyevi və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Uca Allahdan sülh və firavanlıq diləyirəm”, – deyə paylaşımda yazılır.

Fərahim Rəhimov