Pakistan səfiri Azərbaycana başsağlığı verdibackend

“Qanlı 20 Yanvar faciəsi Azərbaycan xalqının milli azadlıq və müstəqillik uğrunda mübarizə əzmini nümayiş etdirdi”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye tviter hesabında yazıb.

“Öz haqq səsini ucaldan dinc əhaliyə qarşı törədilən bu cinayət ümumbəşəri dəyərlərə və humanizmə qarşı törədilən cinayətdir. 20 Yanvar qəhrəmanlarına Allah rəhmət eləsin”, – səfir bildirib.