Pakistan və Əfqanıstanda zəlzələ oldubackend

Pakistan və Əfqanıstanda 6,5 ​​bal gücündə zəlzələ nəticəsində azı 9 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

“Yeni Gundem” xəbər verir ki, hazırda ölən və yaralananlar barədə yalnız Pakistan məlumat yayır. Xüsusilə, rəsmilərin məlumatına görə, Pakistanın şimal-qərbində müxtəlif ərazilərdə damların uçması nəticəsində 9 nəfər ölüb, onlarla insan yaralanıb.

Zəlzələnin episentri Əfqanıstanın Pakistan və Tacikistanla həmsərhəd olan dağlıq Hindukuş bölgəsində qeydə alınıb. Yeraltı təkanlar Tacikistanda da hiss olunub.

Fərahim Rəhimov