Pakistana səyahət məhdudiyyəti uzadıldıbackend

Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Hallar Komitəsi, poliomielit epidemiyası riskinin davam etdiyini əsas gətirərək Pakistana səyahət məhdudiyyətini 3 ay müddətinə uzadıb.

“Yeni Gundem” xəbər verir ki, Beynəlxalq narahatlığa səbəb olan ictimai hadisəyə görə fövqəladə vəziyyət elan edilib.

ÜST bildirdi ki, ölkənin şimal-qərbindəki Hayber Paxtunxva əyalətində 160 mindən çox uşaq peyvənd olunsa da, ölkədəki “peyvənd boykotları və təhlükəsizlik narahatlıqları” səbəbindən risk qalmaqdadır.

1994-cü ildə başlanan poliomielitlə mübarizə kampaniyasının bir hissəsi olaraq, Pakistan 2017-ci ildə xəstələrin sayını 20 mindən 8-ə endirdi.

2017-ci ildən sonra poliomielit hallarının artdığı Pakistanda 2018-ci ildə 12, 2019-cu ildə 147, 2020-ci ildə isə 84 hadisə aşkarlanıb.

Mənbə: İLKHA

Aynur Camal