Pakistanda müəmmalı xəstəlikdən 2 həftədə 18 nəfər ölübbackend

Milli medianın məlumatına görə, yanvarın 10-dan 25-dək Karaçinin Kimari rayonunda tənəffüs çatışmazlığına səbəb olan müəmmalı xəstəlikdən 10-u uşaq olmaqla ən azı 18 nəfər ölüb.

Rəsmilər rayonda yağ, piy və xam dəmir fabriklərinin fəaliyyət göstərdiyini bildiriblər. Xəstələrdə görülən tənəffüs çatışmazlığının bu fabriklərdən çıxan “zəhərli qazların” səbəb olduğu düşünülür. İstintaq çərçivəsində 3 fabrik bağlanıb, 4 nəfər saxlanılıb. Sözügedən qaz və digər kimyəvi maddələr araşdırılır.