Pakistanın Azərbaycandakı səfiri Şuşaya səfər edəcəkbackend

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Şuşaya səfər edəcək.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu pakistanlı diplomat jurnalistlərə açıqlamasında bildirib: “Qarşıdakı günlərdə sizin tarixi və mədəni paytaxtınız Şuşaya səfər edəcəyəm. Əlbəttə ki, mən özüm şəhəri gördükdən sonra pakistanlı investorları imkanlar barədə daha yaxşı məlumatlandıra biləcəyəm”.