Pakistanın Baş naziri İlham Əliyevi təbrik etdibackend

Pakistanın Baş naziri Zəfər Günü münasibətilə Azərbaycan Prezidentini və xalqını təbrik edib.

“Yeni Gundem” xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif rəsmi tviter hesabında yazıb:

“Müqavimət, şücaət və milli birlik mənasını verən Zəfər Günü münasibətilə hörmətli İlham Əliyevi və qardaş Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Qoy bu günün qeyd edilməsi Qafqaz regionunda davamlı sülh və firavanlıq dövrünü açsın”.